A

 

UNEC-in Maliyyə və mühasibat fakültəsində elmi seminar keçirilib.

Seminar Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsi”nin icrasının təmin edilməsi məqsədilə təsdiqlənən UNEC-in Strateji Planı çərçivəsində təşkil olunub.

“Maliyyə və maliyyə institutları” kafedrası ilə Tədris-metodiki mərkəzin birgə təşkil etdiyi elmi seminarda fakültə və kafedraların rəhbərliyi ilə yanaşı, Tədris-metodiki mərkəzin direktoru və fakültənin professor-müəllim heyəti də iştirak edib.

“Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov bildirib ki, seminar tədris proqramlarının təkmilləşdirilməsinin zəruriliyini təmin etmək məqsədilə təşkil olunub. Professor tədris proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması, keyfiyyətinin daha da artırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

“Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev tədris olunan fənlərin müasir əmək bazarının tələblərinə cavab verməsinin əhəmiyyətindən danışıb. Tələbələrin ixtisaslarına uyğun peşəkar mütəxəssis kimi yetişməsində bunun vacib rol oynadığnı vurğulayıb.

UNEC-də tədris proqramlarının mütəmadi olaraq təkmilləşdirildiyi barədə məlumat verən Tədris-metodiki mərkəzin direktoru, dosent Eldar Azadov bildirib ki, universitetdə bu sahədə işlər dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğun olaraq təşkili edilir.

Seminarda Maliyyə və muhasibat fakültəsinin dekan müavini, dosent Cəmaləddin Zərbəliyev, "Nəzəri və praktiki iqtisadiyyat" kafedrasının müdiri, professor Ümidvar Əliyev də mövzu ilə bağlı çıxış ediblər. Onlar tədris proqramlarının təkmilləşdirilməsinin daim prioritet məsələlərdən olduğunu vurğulayaraq, bu istiqamətdə fakültə və kafedralarda müvafiq tədbirlərin həyata keçirildiyini qeyd ediblər.

Seminar professor-müəllim heyətinin müzakirələri ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay