A

UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin tədris bacarıqlarının daha da artırılması məqsədilə təlimlər keçirilib.

UNEC-in Quba tədris, idman və istirahət kompleksində “Tədris və attestasiya materiallarının tərtibində müasir yanaşmalar” mövzusunda təşkil olunan təlimlər UNEC-in peşəkar heyəti tərəfindən aparılıb.

“Müəssisənin iqtisadiyyatı” kafedrasının dosenti Azər Mehtiyev, “Standartlaşdırma və sertifikasiya” kafedrasının dosenti İlham Seydəliyev, TKQİM-in Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri, dosent Sevda Sərdarova, “İqtisadiyyat və biznesin idarə edilməsi” kafedrasının baş müəllimi Şəhla Qəhrəmanova, UNEC nəzdində İqtisadi Araşdırmalar və Elmi-Tədqiqat İnstitutunun “Sosial tədqiqatlar və konsaltinq” şöbəsinin müdiri, dosent Murad Bağırzadə iki gün ərzində iştirakçılarla öz təcrübələrini bölüşüblər.

Təlimdə iştirakçılara sillabusların tərtib edilməsi metodikası və strukturunun beynəlxalq təcrübəyə uyğunlaşdırılması qaydaları əyani şəkildə göstərilib. Eyni zamanda mühazirə mətnlərinin, təqdimatların hazırlanması qaydaları ətraflı izah olunub. “Biliklərin ölçülməsi texnologiyası” və “Fənn testlərinin tərtibatı” mövzularında keçirilən təlimdə isə iştirakçılara testlərin tərtibatında yol verilən nöqsanların aradan qaldırılması yolları açıqlanıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR