A

UNEC-də Avropa Komissiyasının “Horizon-2020” proqramına müraciət qaydaları barədə maarifləndirici seminar keçirilib.

Beynəlxalq əməkdaşlıq departamentinin təşkilatçılığı ilə keçirilən seminarda UNEC-in müvafiq strukturlarının əməkdaşları iştirak edib.

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşəbbüsü ilə keçirilən tədbirdə “Horizon-2020” proqramının Hüquq və maliyyə aspektləri üzrə milli əlaqələndiricisi Tofiq Babayev və Maliyyə əlçatanlığı üzrə milli əlaqələndirici Rüfət Efendiyev çıxış edərək "Horizon-2020"nin strukturu və tərkib hissələri, hüquqi aspektləri, proqramda tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də layihələrin yazılma qaydası və göndərilməsi, partnyorların tapılması, layihələrin komissiya tərəfindən qiymətləndirilməsi meyarları barədə məlumat veriblər.

Mari Skladovskaya Küri Təqaüd Proqramı üzrə milli əlaqələndiricisi Yaşar Ömərov isə iştirakçılara “Horizon 2020” üzrə uğurlu layihələrdən bəhs edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay