A

UNEC-in Zaqatala filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Müasir iqtisad elminin aktual problemləri” mövzusunda  Respublika elmi praktik konfrans keçirilib.

UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov bildirib ki, ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə də əhəmiyyətli nailiyyətlər əldə edilib. Bu uğurlu siyasətin bölgələrdə sənaye və kənd təsərrüfatının inkişafına, xüsusi ixracyönümlü məhsul istehsalının artırılmasına təkan verdiyini diqqətə çatdıran S.Yaqubov dinamik inkişaf edən iqtisadiyyatın bu sahədə yüksək ixtisaslı kadrlara tələbatı da artırdığını vurğulayıb.

Zaqatala Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova regionların inkişafının ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bildirərək, bu istiqamətdə həyata keçirilən dövlət proqramlarından söz açıb.

Filialın direktoru, professor Orucəli Rzayev “UNEC-in Zaqatala filialının Azərbaycan Respublikasının şimal-qərb bölgəsinin iqtisadi inkişafına təsir perspektivləri” mövzusunda çıxış edib.

Konfrans öz işini “İdarəetmə elminin aktual problemləri”, “Maliyyə, mühasibat uçotu və audit elminin inkişafının müasir mərhələsi”, “İqtisadi, enerji və ərzaq təhlükəsizliyi problemləri” və “İqtisadi inkişafda insan kapitalı: problemlər və perspektivlər” mövzuları üzrə plenar iclaslarla davam etdirib.

Plenar iclasda Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov “Universitetlərdə elmi fəaliyyətin müasir qiymətləndirmə modeli - UNEC təcrübəsi” mövzusunda çıxış edib. Professor UNEC-də “təhsil-tədqiqat-innovasiya” vəhdətini təmin etmək istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

“Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev “Azərbaycanda mühasibat uçotunun vəziyyəti və onun inkişafı meyilləri”, Rus  İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov “Azərbaycan regionlarının iqtisadiyyatı yeni paradiqma kontekstində” mövzuları ilə çıxışlar ediblər.

Plenar iclaslar yekunlaşdıqdan sonra bölmə sədrlərinin yekun hesabatı dinlənilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay