A

UNEC-də “Heydər Əliyev irsi: Milli Qurtuluşdan Azərbaycan təhsilinin və gəncliyinin inkişafına gedən yol” mövzusunda elmi-praktiki tələbə konfransı keçirilib.

Distant, qiyabi və əlavə təhsil təhsil mərkəzi və “Xarici dillər” kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin direktoru Səbuhi Tanrıverdiyev dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş 15 iyun - Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycan yeni mərhələyə qədəm qoydu. Ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində aradan qaldırıldı, sabitlik və iqtisadi inkişaf təmin edildi. Onun işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.

İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev Milli Qurtuluş Gününün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik olmasından danışıb. Bildirib ki, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir.

“Xarici dillər”  kafedrasının baş müəllimi Aysel Xəlilova 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə gənc alimlərin yetişdirilməsi, onlara diqqət və qayğı göstərilməsi, qadınların cəmiyyətdəki statusunun və rolunun yüksəldilməsi, hüquq və maraqlarının təmin olunması, onların fiziki, mənəvi və intellektual potensialının, hörmət və diqqətin artırılması, sosial müdafiəsinin möhkəmləndirilməsi, həmçinin ailə, qadın və uşaqların mühafizəsi istiqamətində mühüm işlər görüldüyünü bildirib.

Konfransda qiyabi təhsil şöbəsinin tələbələri müstəqil Azərbaycanın iqtisadiyyatının keçdiyi inkişaf yolundan, qurulan diplomatik əlaqələrdən, daxili və xarici iqtisadi siyasətin həyata keçirilməsində əldə edilən uğurlardan danışıblar.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay