A

UNEC-də Azərbaycan Respublikasında turizmin inkişaf perspektivləri mövzusunda elmi seminar keçirilib.

UNEC-in Biznes və menecment fakültəsində “Azərbaycan Respublikasında turizmin inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilib. Mövzunun aktuallığını vurğulayan fakültə dekanı dosent Mirağa Əhmədov deyib ki, Azərbaycanda turizmin sürətli inkişafında ölkədə təşkil olunan müvafiq qlobal dövlət tədbirlərinin də böyük rolu var.

Məruzəçi, “Ticarət və gömrük işinin təşkili” kafedrasının dosenti Mətanət Dadaşova da Azərbaycan turuzminin potensialından danışıb, diqqəti daha çox təbii potensiala yönəldib. O, ölkədə turizmin inkişafında dair təkliflər də verib.

“Biznesin idarə edilməsi” kafedrasının  dosenti İ.Xeyirxəbərov turizmin daha sürətli inkişafı üçün marketinq araşdırmalarının vacibliyini vurğulayıb. O, turizm xidmətləri bazarının müxtəlif istiqamətləri üzrə tədqiqatların aparılmasını tövsiyə edib.

“Menecment” kafedrasının müdiri prof. Kamil Şahbazov otelçilik, səhiyyə və idman turizmi sahəsində internet resurslarından istifadə məsələlərinə toxunub, “Biznesin idarə edilməsi” kafedrasının müdiri, dosent Məhəmməd Əliyev turizmin Azərbaycan iqtisadiyyatının inkişafına təkan verə biləcək ən perspektivli sahələrindən olduğunu söyləyib. O, qlobal turizmin Azərbaycandakı rolundan, onun üstünlüklərindən danışıb.

Tədbir diskusiyya şəklində davam etdirilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay