A

UNEC-in Maliyyə və mühasibat fakültəsində “Rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin genişləndirilməsi perspektivləri” mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov Azərbaycan Prezidentinin imzaladığı “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb. Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsinin iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracağını, bunun da vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcəyini bildirib. 

Seminarda bank eksperti Aqil Kərimov “Maliyyə bazarlarında rəqəmsal ödənişlərin tətbiqi perspektivləri” mövzusunda təqdimatla çıxış edib. UNEC-in dosenti Zöhrab İbrahimov isə rəqəmsal ödəniş xidmətlərinin xüsusiyyətləri və tətbiqi imkanlarından danışıb.

Tədbir müzakirələrlə davam edib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay