A

UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev ABŞ-ın Corc Vaşinqton Universitetində keçirilən Birinci Azərbaycan Akademik Simpoziumunda iştirak edib.

Tədbirdə ABŞ Dövlət Departamentinin rəsmisi Susan Kristal, Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, ABŞ-ın Vaşinqton Universiteti, Kolumbiya Universiteti, Karnegi Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrində çalışan Azərbaycan əsilli alimlər iştirak ediblər.

Simpozium çərçivəsində ABŞ-da fəaliyyət göstərən azərbaycanlı alimlərlə UNEC-in prorektorunun görüşü keçirilib. Anar Rzayev iştirakçılara UNEC barədə ətraflı məlumat verib. Görüşdə alimlərin UNEC-lə əməkdaşlığı istiqamətində fikir mübadiləsi aparılıb. Onların UNEC-də mühazirələrə cəlb olunması, vahid elektron platformada videokonfransların keçirilməsi, konfrans və seminarların təşkili, birgə tədqiqat laboratoriyaların yaradılması, tələbə və müəllimlərin ABŞ universitetlərinin təqaüd və qrant proqramlarında iştirakı müzakirə olunub. Eyni zamanda ABŞ alimləri tərəfindən fəaliyyət göstərdikləri ABŞ universitetlərində UNEC barədə təşviqat işinin aparılması barədə də razılıq əldə edilib.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR