A

UNEC-in alimləri Türkiyənin İstanbul şəhərində dünyaca məşhur azərbaycanlı alim İsmixan Bayramoğlunun 60 illik yubileyinə həsr olunan Şərq Tədqiqatları Beynəlxalq Konfransında iştirak ediblər.

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli və UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyevin qatıldığı beynəlxalq konfransında Kanada, ABŞ, İran, ÇXR, Bolqarıstan, Polşa və digər ölkələrdən nüfuzlu alimlər məruzələrlə çıxış ediblər. UNEC təmşilçiləri beynəlxalq konfransda rektor, professor Ədalət Muradovun təbrik məktubunu səsləndirdikdən sonra, yubilyara hədiyyə təqdim ediblər.

Qeyd edək ki, professor İsmixan Bayramoğlu 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tətbiqi riyaziyyat fakültəsində təhsil alıb və sonra Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu), Azərbaycan Dövlət Universitetində və Azərbaycan Aerokosmik Agentliyində tədqiqatçı və müəllim vəzifəsində çalışıb. O, 1988-ci ildə Ukraynada Kiyev Universitetində dissertasiya müdafiə edərək,  fizika-riyaziyyat elmləri namizədi (PHD) alimlik dərəcəsi alıb. 1993-cü ildən Türkiyədə yaşayır. 1993-2001-ci illərdə Ankara Universitetində ehtimal və statistika üzrə professor kimi çalışıb. Ankara Universitetində çalışdığı zaman elmə etdiyi töhfələrinə görə 2001-ci ildə elmi mükafat alıb. Prof.Dr.Bayramoğlu 2001-ci ildə İzmir İqtisadiyyat Universitetində Fənn Ədəbiyyat və Elmlər Fakültəsini, həmçinin Riyaziyyat Bölümü yaradıb və hazırda onlara rəhbərlik edir.

Prof. Dr. Bayramoğlunun beynəlxalq Web of Science Scopus elm bazalarına 85 elmi məqaləsi daxildir və elmi məqalələrinə 1248 istinad edilib, h-ideksi 18, i10 –indeksi isə 31-dir.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay