A

UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzində (DQƏTM) Qiyabi təhsil şöbəsinin tələbələrinin iştirakı ilə “Bərk məişət tullantılarının idarə edilməsi və məişət tullantılarının çeşidlənməsi” mövzusunda seminar keçirilib.

Ekspertiza və standartlaşdırma fakültəsinin dekanı Tofiq Osmanov son illərdə Azərbaycanda ekologiyanın qorunması, məişət tullantılarının çeşidləndirilməsi və təkrar emalının təşkili istiqamətində görülmüş işlərdən və həyata keçirilmiş layihələrdən danışıb, Balaxanı qəsəbəsində məişət tullantılarının çeşidlənməsi üzrə tikilmiş zavodun fəaliyyət istiqamətləri barədə məlumat verib.

DQƏTM-nin direktoru Səbuhi Tanrıverdiyev dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərə diqqət çəkərək, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”nın əhəmiyyətindən danışıb. Daha sonra mərkəz direktoru Qərbi Avropa ölkələrinin məişət tullantılarından istifadə barədə təcrübəsini paylaşıb.

Seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay