A

UNEC-in əməkdaşının elmi məqaləsi Polşanın Bialystok Universitetinin nüfuzlu siyasi elmlər və hüquq əsaslı olan “Eastern European Journal of Transnational Relations” jurnalında dərc edilib.

Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşı olan Nərgiz Hacıyevanın məqaləsi “Avropada beynəlxalq miqrasiyanın çağdaş dinamikaları: Problemlər və perspektivlər (The current dynamics of International Migration in Europe: Problems and perspectives) mövzusunda olub. Qeyd edək ki, məqalənin dərc olunduğu jurnal CEEOL – Central and Eastern European Online Library, Index Copernicus International (ICI World of Journals), POL-index, Google Scholar və Open Access data bazasına daxildir.

Elmi məqalə ilə buradan tanış ola bilərsiz: http://eejtr.uwb.edu.pl/wp-content/uploads/EEJTR-2018-Vol.-2-No.-2-Hajiyeva.pdf  

TOP XƏBƏRLƏR