A

UNEC-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi münasibətilə elmi-nəzəri seminar keçirilib.

İqtisadiyyat fakültəsi və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə UNEC-in müəllim və tələbə heyəti iştirak edib. Fakültə dekanı, dosent Asiman Quliyev tədbirin “İsmayıl Şıxlının 100 illik yubilieyinin qeyd edilməsi haqqında” ölkə Prezidentinin 28 yanvar 2019-cu il tarixli Sərəncamından irəli gələn tədbirlərin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin Tədbirlər planına və UNEC rektorunun müvafiq əmrinə əsasən təşkil olunduğunu bildirib.

"Azərbaycan dili" kafedrasının müdiri, professor Tofiq Əbülhəsənli İsmayıl Şıxlının zəngin yaradıcılığından söhbət açaraq, ədibin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Ədibin əsərlərində yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığını bildirib.

Tədbirdə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçiləri, dosent Aytən Rüstəmzadə və dosent Esmira Fuad İsmayıl Şıxlının koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarından olduğunu bildiriblər. Azərbaycan ədəbiyyatında öz dəstixətti ilə seçilən İsmayıl Şıxlının əsərlərinin bütün zamanlarda öz aktuallığı ilə seçildiyini diqqətə çatdırıblar.

Tədbirdə İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Şəbnəm Rüstəmova “Azərbaycan dili” kafedrasının dosenti T.Xəlilovanın rəhbərliyi ilə hazırladığı təqdimatla çıxış edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay