A

“İqtisadiyyat” fakültəsində 2019/2020-ci tədris ilinin ilk elmi seminarı keçirilib.

Seminarda İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev və “Humanitar fənlər” kafedrasının baş müəllimi Leyla Nəzirzadə “Şotlandiyalı müdrik: Adam Smit” mövzusunda çıxış ediblər.

Fakültədə ilk dəfə olaraq keçirilən ikili seminarda A.Smitin həyatı, onun fəlsəfi düşüncələri, “Mənəvi hisslər nəzəriyyəsi” və “Xalqlar sərvətinin təbiəti və səbəbləri haqqında haqqında traktat”ı əsərləri barədə ətraflı məlumat verilib.

Seminarda professor Əlican Babayev, professor İrşad Kərimov, professor Məhiş Əhmədov və digər müəllimlər mövzu ilə bağlı çıxış ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay