A

UNEC-də “Azərbaycanda sığorta sisteminin strateji inkişafının əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib.

“Maliyyə və maliyyə institutları”, “İqtisadiyyat” kafedraları və UNEC Sığorta Məktəbinin təşkilatçılığı ilə keçirilən tədbirdə kafedra müdiri, professor Əvəz Ələkbərov ölkədə sığorta sistemində tətbiq olunan yeniliklərdən söz açıb. Professor Nazirlər Kabinetinin təsdiq etdiyi və 2019-2021-ci illəri əhatə edən “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın əsas məqsədləri barədə məlumat verib. Bildirib ki, Tədbilər Planına əsasən, ölkənin sığorta sektorunda yeni mexanizmlərin tətbiqi ilə yanaşı, yeni sığorta növlərinin də yaradılması nəzərdə tutulub. 

Tədbirdə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri və UNEC Sığorta Məktəbinin rəhbəri Mustafa Abbasbəyli Azərbaycanda sığorta sisteminin strateji inkişafının əsas istiqamətlərindən danışıb. Sığorta sahəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün strateji hədəfləri və strateji prioritetləri açıqlayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay