A

UNEC-də elmi fəaliyyətin təkmilləşdirilməsi məqsədilə fakültələrin hesabatları dinlənilir.

Budəfəki hesabat İqtisadiyyat meqafakültəsində keçirilib. Hesabat tədbirində Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov, Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov, fakültə rəhbəri, fakültə nəzdində fəaliyyət göstərən kafedraların müdirləri və professor-müəllim heyəti iştirak edib.

Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov UNEC-in elmi tədqiqat universitetinə çevrilməsi istiqamətində görülən işlərdən, bu sahədə universitetin bütün fakültə və kafedralarının qarşısında duran vəzifələrdən danışıb.

Sonra fakültə dekanı, dosent Asiman Quliyev hesabatla çıxış edib. Hesabatda fakültənin keçirdiyi elmi tədbirlər, elmi nəşrlər barədə məlumat verilib. Həmçinin elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqi və  səmərəliliyi, qrantlar əsasında və özəl şirkətlər tərəfindən maliyyələşdirilən elmi-tədqiqat işləri, xarici ölkələrlə elmi əməkdaşlıq, elmi-tədqiqat işlərinin səmərəliliyi barədə məruzə edib. A.Quliyev “UNEC-100 İnkişaf Strategiyası” çərçivəsində fakültənin hədəflərini və vəzifələrini də açıqlayıb.

Tədbirdə İqtisadiyyat fakültəsinin nəzdində fəaliyyət göstərən kafedraların rəhbərləri də illik elmi fəaliyyətləri haqqında çıxış ediblər.

UNEC-in Elmi Fəaliyyətin Təşkili və İdarə Edilməsi Departamentinin direktoru, prof. Zahid Məmmədov toplantıda geniş məruzə edib. Zahid Məmmədov universitetdə elmi fəaliyyətin, müəllimlərin tədqiqat işlərinin qiymətləndirilməsi istiqamətində dünyanın nüfuzlu elmi təşkilatları ilə qurulan əlaqələrdən, reallaşdırılan layihələrdən danışıb. Bildirib ki, məhz bu əməkdaşlıq UNEC-in, alimlərimizin beynəlxalq arenada tanınmasına, universitetin reytinqinin yüksəlməsinə böyük töhfə verib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay