A

UNEC-in Biznes Mərkəzinin direktoru Asəf Əsədov Türkiyənin İstanbul şəhərində keçirilən “Mələk İnvestorlarının Ümümdünya Forumunda” iştirak edib.

Dünyanın ən böyük erkən mərhələ sərmayə və investisiya bazarları birliyinin milyardlarla dollarlıq fondlarını idarə edən mələk sərmayəçilərinin iştirak etdiyi forumda 100 ən innovativ startapın və sürətlə inkişaf edən şirkətlərin təqdimatları keçirilib.

UNEC-in Biznes Mərkəzinin direktoru Asəf Əsədov forumda “Sağlam qida istehsalı üçün yaşıl texnologiyaların tətbiqi” adlı layihəni təqdim edib. Layihədə dünyada ilk dəfə olaraq, günəş enerjisinə əsaslanan həm fermerlər, həm də sənaye müəssisələri üçün yararlı olan texnologiya əsasında qlobal probleminin həlli yolu göstərilib. Bildirilib ki, layihəyə əsasən, tez xarab olan pomidor və meyvələrin mövsümi itkilərinin minimuma endirilməsi və həmin məhsullardan az xərclərlə yüksək qiyməti olan sağlam qida məhsullarının istehsalı texnologiyası dünyada ilk olaraq, Azərbaycanda hazırlanan prototipdə uğurla sınaqdan keçirilib. Təqdimatda qeyd olunub ki, bu texnologiyanın kommersiyalaşdırılmasından bütün ölkələrin qida istehlakçıları, istehsalçıları və fermerlər yararlana bilər, eləcə də ətraf mühitin karbon qazından qorunması təmin oluna bilər.

Layihə ilə bağlı Asəf Əsədovla mələk investorları və digər iştirakçılar arasında fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanları müzakirə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay