A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) idarəetmənin bütünlüklə onlayn sistemə keçməsi ilə əlaqədar bütün strukturlar öz fəaliyyətlərini distant formada davam etdirirlər.

UNEC-in Elm və innovasiyalar üzrə prorektoru prof. Sakit Yaqubovun rəhbərliyi ilə elm blokuna daxil olan  bölmələrin rəhbərləri və əməkdaşları ilə onlayn iclas keçirilib. İclasda Elmi fəaliyyətin təşkil və idarə edilməsi departamentinin, Doktorantura şöbəsinin, Kitabxana informasiya mərkəzinin və İAETİ-nun gələcək fəaliyyət planları müzakirə edilib. EFTİED nəzdində fəaliyyət göstərən şöbələrin mövcud vəziyyətlə bağlı öz işlərini məsafədən davam etdirməsi, tədqiqat mərkəzləri ilə işlərin daha sıx aparılması, gələcəkdə nəzərdə tutulan konfransların onlayn təşkili və professor-müəllim heyətinin elmi bazalarda qeydiyyatdan keçməsi barədə müzakirələr aparılıb.

Yeni qəbul olunan doktorant və dissertantların növbəti aylarda hansı tələbləri yerinə yetirmələri barədə fikir mübadiləsi aparılıb, doktorant və dissertantların təklif etdiyi mövzuların müvafiq ixtisaslar üzrə qruplaşdırılaraq təsdiq edilməsi, antiplagiat proqramı və onun onlayn tətbiq edilməsi üçün texniki infrastrukturun hazırlıq səviyyəsi məsələlərinə də toxunulub.

İclasda UNEC-in onlayn idarəetmə rejiminə keçməsi ilə əlaqədar tələbə və müəllim heyəti üçün kitabxana xidmətini operativləşdirmək məqsədilə elektron kitabxananın oxucuların istifadəsinə təqdim edilməsi, fənlərin tədris vəsaitlərinin elektron versiyalarının yaradılaraq, tələbələrin şəxsi kabinetinə və ya elektron kitabxanaya yerləşdirilməsi, eləcə də universitetin istifadə etdiyi məlumat bazalarına evdən girişin təmin edilməsi ilə bağlı məsələlər də diqqətə çatdırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay