A

UNEC Kitabxana-İnformasiya Mərkəzinin (KİM) direktoru Adilə Abdullayeva “Pandemiya dövründə dünya kitabxanalarının fəaliyyəti” adı altında onlayn vebinarda iştirak edib.

Rusiya, Amerika, Fransa, Türkiyə, Almaniya, Qazaxıstan və digər ölkələrdən 40-dan çox kitabxana mütəxəssisinin qatıldığı vebinarda pandemiya dövründə kitabxanaların qarşılaşdıqları problemlər və onların həlli yollarından, oxucu tələbatlarındakı xarakterik dəyişikliklərdən, kitabxanalararası sənəd mübadiləsi və müəlliflik hüquqlarının yaratdığı bir sıra çətinliklərdən danışılıb. A.Abdillayeva UNEC-in Kitabxana İnformasiya Mərkəzinin fəaliyyətindən də bəhs edib. Karantin günlərində UNEC-də tələbələrin və professor-müəllim heyətinin informasiya tələbatlarının ödənilməsi məqsədilə təqdim edilən onlayn xidmət, elektron resurslar, beynəlxalq məlumat bazaları haqqında məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Onlayn vebinar Rusiya Elmlər Akademiyasının kitabxanası tərəfindən təşkil edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay