A

Gürcüstan Respublikasının Milli Statistika Komitəsinin (GEOSTAT) direktoru cənab Gogita Todradze Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti, doktorant və magistrləri üçün "Milli statistika sisteminin inkişaf prioritetləri" mövzusunda onlayn təqdimat edilib.

Təqdimatda GOSTAT-ın ölkədə rəsmi statistika üçün məsul və milli statistika sisteminin əlaqələndirici olduğu bildirilib, parlament və rəhbərliyə hesabat təqdimetmə, idarəetmə və məsləhətçi şuralar barədə geniş məlumat verilib. Eyni zamanda, məruzəçi GEOSTAT-ın strukturu və əməkdaşları, yüksək keyfiyyətli məlumatların rolu, məlumat istifadəçiləri, məlumat mənbələri, müayinələr və inzibati mənbələr, dayanıqlı inkişaf göstəriciləri və 2030-cu il üçün gündəlik, milli və beynəlxalq əməkdaşlıq, alternativ mənbələr və qeyri-ənənəvi metodlar, qarşıda duran vəzifələr, statistikadan istifadənin təkmilləşdirilməsi və BMT-nin rəsmi statistikanın əsas prinsipləri barədə danışıb.   

Onlayn tədbirə UNEC nümayəndələri və Azərbaycan Respublikası  Dövlət  Statistika Komitəsinin  əməkdaşları iştirak ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay