A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə "İdeal elmi rəhbər və keyfiyyətli dissertasiya işi necə olmalı?" mövzusunda onlayn beynəlxalq seminar keçirilib. 

Seminarda UNEC-in professor-müəllim heyəti ilə yanaşı, millət vəkili, professor Rüfət Quliyev, Ankara Sosyal Bilimler Universitetinin qurucusu Mehmet Barca, Sakarya Universiteti Türk Dünyası Uyğulama və Araşdırma Mərkəzinin dosenti Suat Kol, Almaniya Ruhr Universiteti Bochum İnkişaf İqtisadiyyatı və Siyasəti İnstitutunun baş elmi işçisi, doktor Elxan Sadıqzadə, Sakarya Universiteti Eğitim fakültəsinin dosenti Hüseyin Çalışkan, Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev iştirak edib.

UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov mövzunun aktuallığından söz açıb. Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov ideal rəhbər dissertasiya işinin hazırlanmasında əsas meyarları, dissertasiyanın keyfiyyətinə təsir edən amilləri açıqlayıb.

Seminarda keyfiyyətli dissertasiyanın hazırlanma qaydaları, plagiat və onlara qarşı mübarizə, uğulu tədqiqat işləri, dissertasiyalara qoyulan tələblər, dissertasiyaların hazırlanması texnologiyası, beynəlxalq elmi bazalardan istifadə qaydaları, aprobasiya olaraq qəbul edilə bilən konfranslar, tədqiqatçının pedaqoji fəaliyyəti barədə maraqlı fikilır səsləndirilib.

Eyni zamanda yerli və beynəlxalq ekspertlər tərəfindən doktoranturaya qəbul qaydaları, tədris planı, elmi rəhbərlik, doktorantların tədqiqat proseslərinin izlənməsi, doktorantura maliyyə təminat mexanizmi, psixoloji mühit və tədqiqatçının elmi pedaqoji təcrübəsi geniş müzakirə olunub. Bildirilib ki, kafedralar mütəmadi olaraq onlara təhkim olunmuş doktorant və dissertantlarla görüşlər keçirməli və doktorantura şöbəsi bu prosesi koordinasiya etməli, rəhbərin ondan artıq doktorant və dissertantı olmamalı, tədqiqatçılara elmi məqalə və tezislərin yazılması, tədris ili müddətində tədqiqat işinin aparılması üsulları barədə maarifləndirici təlimlər keçirilməli, universitetin tədqiqat mərkəzlərində doktorant və dissertant yetişdirməli, onlara dəstək mərkəzi yaradılmalıdır.

Onlayn seminara UNEC, Zaqatala filalı, Sakarya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Mingəçevir Dövlət Universiteti və Gəncə Dövlət Universitetinin doktorant və dissertantları daxil olmaqla yüzdən artıq nümayəndə qoşulub.

Seminarın videoyazı: 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay