A

UNEC-də “Ümumi fənlərin tədrisinin təşkili departamentinin” təşkilatçılığı ilə “Azərbaycan dövlətçiliyi tarixində Səfəvi dövlətinin yeri” mövzusunda onlayn elmi seminar keçirilib.

Departamentin direktoru dos.Gülnarə Rzayeva elmi seminarı açaraq Azərbaycan dövlətçiliyi tarixindən danışıb. Müasir Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin  və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsn xidmətlərindən bəhs edib.

“Humanitar fənlər” kafedrasının professoru Nizami Süleymanov Səfəvi dövlətinin yaranması, inkişafı və həmin dövlətin Azərbaycan dövlətçiliyi tarixində oynadığı əhəmiyyətli roluna dair tarixi faktlar əsasında çıxış edib. Eyni zamanda, Səfəvi dövlətinin Azərbaycan türkçəsinin dövlət dili səviyyəsinə yüksəldilməsində rolundan, dövlətin iqtisadi qüdrətindən maraqlı faktlar açıqlayıb. Səfəvi dövləti zamanında əcnəbi səyyahların Azərbaycan Səfəvi dövləti barəsində fikirləri böyük marağa səbəb oldu.

Müzakirələrdə “Humanitar fənlər” kafedrasının müdiri, prof. Vəkil Həsənov, kafedranın professoru Hidayət Cəfərov çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildirdilər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay