A

“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan  irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə Mərkəzi Bankın təşkilatçılığı ilə  UNEC-in Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Rəqəmsal ödənişlər və onların üstünlükləri” mövzusunda onlayn seminar keçirilib.

Seminarda “Rəqəmsal ödənişlər və onların üstünlükləri” mövzusunda təqdimatla çıxış edilib. Mərkəzi Bankın əməkdaşları Ülfət Yusifov, Fərəh Əliyeva, Rəşad Qasımov və Şəhriyar Həbilov rəqəmsal ödənişlərin üstünlükləri, ölkə iqtisadiyyatında əhəmiyyəti, rəqəmsal ödənişlər üzrə tətbiq olunan modellər, müxtəlif iqtisadi subyektlər arasında nağdsız ödəniş mühitinin formalaşması, rəqəmsal ödənişlər və “kölgə iqtisadiyyatı”, rəqəmsal ödəmələrin sosial, iqtisadi və strateji üstünlükləri barədə ətraflı məlumatlar veriblər.

Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay