A

UNEC-in İqtisadiyyat fakültəsi və Rus İqtisad Məktəbinin birgə təşkilatçılığı ilə Milli mətbuatının 145 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Ulu öndər Heydər Əliyevin mətbuatın inkişafına yönəlmiş siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini vurğulayıb.

"Azərbaycan dili" kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli ölkənin ictimai-siyasi həyatında baş verən proseslərin və yeniliklərin dolğun, obyektiv və operativ işıqlandırılmasında, ictimaiyyətin mütəmadi məlumatlandırılmasında KİV-lər mühüm rolundan danışıb. 

Tədbirdə iştirak edən Azərbaycan Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Fazil Novruzov Milli mətbuatın yaranma tarixinə qısa nəzər salaraq, müasir dövrdə yeni texnologiyaların sürətli inkişafının KİV qarşısında qarşısında yeni vəzifələr qoyduğunu bildirib. Milli Televiziya və Radio Şurasının yarandığı gündən fəaliyyətindən də bəhs edən məruzəçi həm şuranın, həm KİV sahəsində dövlət başçısının qoyduğu düzgün siyasət nəticəsində Vətən müharibəsi zamanı informasiya müharibəsindən də Azərbaycanın  böyük uğurlar əldə etdiyini bildirdi.

UNEC Rus iqtisad məktəbinin direktoru, dosent Mənsur Bərxudarov mətbuatın mövcudluğunun iqtisadi aspektlərinə nəzər salaraq KİV-lə təhsilin, vətənpərvərliyin bağlılığını vurğuladı, bu sahədə UNEC-də görülən işlərdən bəhs etdi.

Tədbirdə UNEC-in dosentləri Müzəffər Məmmədov və Azər Hüseynov mövzu ilə bağlı çıxış ediblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay