A

UNEC-in SABAH qrupunun müəllimi Aygün Abdulovanın elmi rəhbərliyi ilə tələbələrdən Sevinc Quliyeva, Səadət Fərhadova, Əfsanə Hüseynova və Məcid Qafarovun həmmüəllifi olduqları elmi məqalə ADNSU-nin 100 illik yubileyinə həsr olunan “Modern Information, Measurement and Control Systems: Problems and Perspectives” adlı II beynəlxalq konfransa təqdim edilib.

Təqdim olunan məqalə SCOPUS bazasına daxil edilib.

Son illərin aktual movzusundan bəhs edən “Effects of cyber-attacks on SMEs” adlı məqalədə müəlliflər kiber təhlükəsizliyi araşdırıblar. Tədqiqat işində kiber təhlükəsizliyin böyük orta və kiçik biznesə təsiri, şirkətlərin qarşılaşdığı və apardıqları mübarizə üsulları, eləcə də ən önəmli beş kiber təhlükəsi və bu təhlükədən müdafiə vasitələri geniş təhlil olunub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay