A

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva Naxçıvan Dövlət Universitetində keçirilən “Elektron kitabxanaların təşkili və formalaşması problemləri” adlı onlayn respublika elmi konfransında “UNEC Kitabxana-İnformasiya Mərkəzinin elektron resursları və elektron xidmətlər” adlı məruzə ilə çıxış edib. 

Çıxışda UNEC KİM-in rəqəmsal mühitdə fəaliyyətindən, elektron kitabxananın təkmilləşdirilməsi və yeni platformada istifadəçilərə təqdim edilməsindən, elektron kataloqun funksiyalarından bəhs edilib və vizual olaraq göstərilib. Elektron kitabxana ilə yanaşı, mərkəzin abunə olduğu beynəlxalq resurslar, onların strukturu, məzmunu, iş prinsipi və kitabxananın təqdim etdiyi onlayn xidmətlər də diqqətə çatdırılıb. Konfrans iştirakçılarını UNEC-in kitabxanaları ilə əyani şəkildə tanış etmək məqsədilə tanıtım çarxı təqdim edilib. Təqdimatda UNEC KİM-in digər universitet kitabxanalarından fərqi, istifadəçilərə təqdim edilən xidmətlərin səmərəliliyi və üstünlükləri qeyd edilib. 

Konfransda Naxçıvan Dövlət və “Naxçıvan” Universitetlərinin Elmi Kitabxanası, AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası, Bakı Dövlət Universitetinin Elmi Kitabxanası və AMEA Mərkəzi Elmi Kitabxanasında elektron kitabxanaların yaradılması təcrübəsi, bu işdə beynəlxalq standartların əhəmiyyəti, sənədlərin rəqəmsallaşdırılması, onlayn kitab sifarişi, istifadəçilərə onlayn elektron sənəd çatdırılması, kitabxana proseslərinin avtomatlaşdırılması, vahid elektron sənəd bazasının yaradılması və kitabxanalararası elektron sənəd mübadiləsi sisteminin qurulması kimi məsələlər barədə çıxışlar olub, mövzu ətrafında maraqlı müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay