A

UNEC-in Mühasibat uçotu və audit kafedrasının təşkilatçılığı ilə Biznes subyektlərinin texnologiya savadlılığının artırılması üzrə "KOS subyektlərində elektron mühasibatlıq imkanları" adlı təlim təşkil olunub.

Müxtəlif biznes subyekti təmsilçilərinin iştirak etdiyi təlimdə dos. Ənvər Salahov və dos. Nəzakət Musayeva "KOS subyektlərində pul vəsaitlərinin və əməyin ödənişi uçotunun təşkilində elektron vasitələrdən istifadə olunması imkanları" və "KOS subyektlərində mal-material ehtyatların uçotunun sənədləşdirilməsində elektron vasitələrdən istifadə olunma imkanları" mövzularında çıxış ediblər.

Təlimdə Mühasibat uçotu və audit kafedrasının müdiri prof. Sifariz Səbzəliyev, kafedranın müəllimləri, mühasiblər, doktorant və dissertantlarla yanaşı, Technoil MMC-nin direktoru Pərviz Hüseynov, Fortis MTK nümayəndəsi Zümrüd Mustafayeva, “Legal Life” MMC-nin nümayəndəsi Vahid Hüseynov, "Muxtaroğlu-VM" MMC-nin nümayəndəsi Fəridə Surxayzadə, Cahan Holdinq Kommersiya Şirkətlər İttifaqının baş mühasibi Məhəmməd Tarverdiyev, "Rəmzi-S"MMC (SOBSAN) və digər müəssisələrin nümayəndələri iştirak ediblər. İştirakçıların böyük marağına səbəb olan təlimdə suallar təlimçilər tərəfindən cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay