A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunan onlayn tədbir keçirilib.

Departamentin direktoru dos.Gülnarə Rzayeva tədbiri giriş sözü ilə açaraq, Azərbaycan dilinin dövlət dili kimi tanınmasının tarixi barədə qısa məlumat verib. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsinin ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunəsi olduğu bildirib. Hazırda ölkədə Azərbaycan dilinin təbliği, saflığının qorunması ilə bağlı mühüm işlər görüldüyünü, tədqiqatların aparıldığını deyib.

Tədbirdə Azərbaycan dili kafedrasının müdiri prof.Tofiq Əbdülhəsənli 60-70-ci illərdə ana dilimizin inkişafı uğrunda xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürkün apardıqları mübarizədən söz açaraq, dilə olan sevginin vətənə olan sevgidən irəli gəldiyini vurğulayıb. Azərbaycan dilinin incəliklərindən, onun zəngin ifadə çalarlarından, potensial imkanlarından danışıb.

Tədbirdə həmçinin Azərbaycan dili kafedrasının əməkdaşlarından dos.T.Xəlilova, dos.A.Rzai, baş müəllim K.İbrahimova mövzu ətrafında çıxış etdilər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay