A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 27 mart - Elm Gününə həsr olunan silsilə tədbirlər çərçivəsində UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi təşkil edilib.

“Azərbaycan iqtisad elminin uğurları” adlı virtual sərgidə UNEC alimlərinin iqtisadiyyat elminin ayrı-ayrı sahələrinin inkişafı istiqamətində əldə etdiyi elmi nailiyyətləri özündə ehtiva edən müxtəlif dillərdə dərslik, dərs vəsaiti və monoqrafik nəşrləri haqqında məlumatlar öz əksini tapıb. Burada universitetin professor-müəllim heyətinin beynəlxalq nəşrlərdən etdiyi mükəmməl tərcümə vəsaitləri də yer alıb.

Sərgi ilə link vasitəsilə tanış ola bilərsiz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay