A

Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, UNEC Meybullayev İslam İqtisadiyyatı Mərkəzi və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanda İslam bankçılığının modelləri və onların istifadəsi”  mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova tədbirə dəvət olunmuş xarici və yerli ekspertləri salamlayaraq, dəvəti qəbul etdikləri üçün təşəkkürünü bildirib.

UNEC Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin rəhbəri dosent Sərvinaz Xanlarzadə son illərdə İslam bankçılığının ənənəvi bankçılıqdan daha surətlə inkişaf etdiyini bildirib. İslam banklarının maliyyə böhranlarına qarşı daha dayanıqlı olduğunu qeyd edən Mərkəz rəhbəri, bu səbəbdən dünyada İslam bankçılığına diqqətin daha çox yönəldiyini seminar iştirakçılarının nəzərinə çatdırıb.

Islamic Finance News (IFN) təhsil şöbəsinin müxbiri və Turkish Journal of Islamic Economics (TUJISE) jurnalının redaktoru, KTO Karatay Universitetində İslam İqtisadiyyatı və Maliyyəsi Bölməsinin dosenti Dr. Kamola Bayram “Azerbaycan için Türkiye Katılım bankacılık tecrübesi önerileri” mövzusunda təqdimatla çıxış edərək, Türkiyə kapitalı olan bankların Azərbaycan bazarına girişinə və bazar payının artmasına təsir edən amillərdən söz açıb. Məruzəçi Türk banklarının Azərbaycanın bank sistemindəki səmərəliliyinə diqqət çəkərək, hər iki tərəf üçün arzu olunan iqtisadi əlaqələrin inkişafı barədə ətraflı məlumat verib. Türk banklarının bazar payındakı artımının həm iki ölkə arasındakı iqtisadi əlaqələrə, həm də Azərbaycan iqtisadiyyatının və bank sektorunun inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.

Daha sonra İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev “Azərbaycanda İslam Bankçılığının tətbiqində uyğun ölkə təcrübələri” mövzusunda çıxış edərək, ölkəmizdə fəaliyyət göstərən bir çox banklar və kredit təşkilatlarının bu sahəyə xüsusi maraq göstərdiyindən danışıb. Məruzəşi İslam bankçılıq sisteminin dünyadakı inkişafı və müxtəlif ölkələrin təcrübələrindən, eləcə də Azərbaycanda İslam bankçılıq sisteminin perespektivi nəzərə alaraq formalaşdılması üçün görülməsi lazım olan əsas iqtiqamətlərdən söz açıb.

AAOİFİ-nin Şəriət məsələləri üzrə auditoru və məsləhətçisi, Asiya İnkişaf Bankının (ADB) Orta Asiyanın 5 ölkəsində İslam Bankçılığı üzrə təlimçisi Anar Yusufzadə “Azərbaycanda İslam Bankçılığının qanunvericlik bazasının formalaşdırılmasında görülmüş işlər” mövzusunda məruzə ilə çıxış edərək, Azərbaycanda aparılan sürətli və köklü iqtisadi reformlar nəticəsində iqtisadiyyatımıza ciddi müsbət təsiri olacaq faizsiz maliyyə sektorunun fəaliyyəti və inkişafı üçün münbit və uyğun şəraitin təmin edildiyini vurğulayıb. Bu sahənin inkişafı üçün bank sahəsində mövcud qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsinin labüdlüyünü seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonda mövzular ətrafında geniş müzakirələr aparılıb, məruzəçilər tərəfindən seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay