A

Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, UNEC Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Kompozit materiallar – müasir texnologiyalar, aktual problemlər” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova tədqiqat mərkəzlərinin fəaliyyəti barədə məlumat verərək, UNEC rektoru tərəfindən təsdiq olunmuş “Tədqiqat Mərkəzlərinin illik fəaliyyət planı”na əsasən keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.

Seminarın moderatoru UNEC Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin rəhbəri prof. Rövnəq Rzayev mərkəzin fəaliyyəti, maddi-texniki bazası, görülən işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məlumat verib. Mərkəzin işçi qrupu tərəfindən aparılan tədqiqatların nəticəsi olaraq , 40-dan artıq məqalənin Web of Science və Scopus bazalarına daxil olan nüfuzlu jurnallarda nəşr olunduğunu vurğulayıb.

Mərkəzin tədqiqatçısı Tural Nağıyev “Lüminofor materialların yüksək dəqiqliklə struktur və optik xassələrinin tədqiqi” mövzusunda məruzə ilə çıxış edərək nadir torpaq elementləri ilə aktivləşdirilmiş qələvi torpaq əsaslı kristalların sintez texnologiyaları, quruluş analizləri və fotolüminessensiya xassələrinin tədqiqi metodlarıbarədə məlumat verib. UNEC, AMEA Fizika İnstitutu, İtaliya Milli Tədqiqatlar Şurasının “Nello Carrara” Tətbiqi Fizika İnstitutu və İtaliyanın Verona Universitetinin Biotexnologiyalar Departamenti İspaniyada yerləşən ALBA Sinxrotronda tədqiqatların aparılması məqsədilə birgə layihənin təqdim edildiyini bildirib.

Sonra Mərkəzin tədqiqatçıları dos. Sakin Cabbarov “Yüksək təzyiqlərdə TlInSe2 birləşməsində quruluş faza keçidləri”, Tahir İbrahimov “Təkdivarli karbon nanoborularının smektik A maye kristalın dielektrik relaksasiyasina və elektrik keçiriciliyinə təsiri”, Əli Xəlilov “Fenazin blokları əsasında foldamerlərin dizaynı” mövzularında çıxış ediblər.

Seminarın sonunda məruzələr ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

TƏDBİRİN VİDEOYAZISI

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay