A

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Ermənistan İqtisadiyyatının Ararşdırma Mərkəzinin təşkilatçılığı ilə “Ermənistanın Qarabağda iqtisadi terroru” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığına diqqət çəkərək, 44 günlük müharibədə ərazilərimizin işğaldan azad olunması ilə uzun müddət ermənilər tərəfindən talan edilən təbii sərvətlərimizin Azərbaycan tərəfindən istifadəsinə yeni imkanlar yaradacağını bilirib.

UNEC Ermənistan İqtisadiyyatının Ararşdırma Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı “İşğal dövründə Ermənistan və xarici ölkələr tərəfindən Azərbaycanın sərvətlərinin talan edilməsi” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Dağlıq Qarabağ və ətraf rayonların 30 illik işğalı zamanı Ermənistan bu ərazilərimizin yeraltı və yerüstü sərvətlərini talan edib, burada əsl iqtisadi terror törədib. Məruzəçi Qarabağda yerləşən 155 mədən və yataqdan Ermənistanla birlikdə 30-a yaxın xarici ölkə şirkətlərinin sərvətlərimizi talamaları və əldə edilən külli miqdarda gəlirin xarici ölkələrə daşınması barədə faktların mövcud olduğunu diqqətə çatdırıb.

Türkiyənib “Bizim Eyvan” jurnalının baş redaktoru, araşdırmaçı Dr.Serdar Kozan “Azərbaycanın 44 günlük zəfərindən sonra Cənubi Qafqaz bölgəsində siyasi-iqtisadi durum və perspektivlər” mövzusunda məruzəsində 44 günlük savaşdan və Azərbaycanın böyük zəfərindən sonra Cənubi Qafqaz bölgəsində yaranan yeni siyasi və iqtisadi vəziyyəti seminar iştirakçılarının diqqətinə çatdırıb. Zəngəzurdan nəqliyyat - kommunikasiya xətlərinin açılması və iqtisadi əlaqələrin bərpası nəticəsində Azərbaycan və Türkiyənin inkişafının yeni mərhələsinin başlaması ilə bağlı gözləntilərin olduğunu dilə gətirən araşdırmaçı, bölgənin gələcək perspektivlərdən danışıb.

Seminarda iştirak edən UNEC-in professor və müəllim heyəti mövzu ilə bağlı öz fikirlərini bölüşüblər, məruzəçilər mövzu ətrafında seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Tədbirin videoyazısını bu linkdən izləyə bilərsiniz.

TƏDBİRİN VİDEOYAZI

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay