A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sağlam müəllim – sağlam tələbə” adlı voleybol yarışı keçirilib. UNEC-in müəllim və tələbələri arasında keçirilən ilk oyunda tələbələrdən ibarət komandanın məşqçisi Vahid Yolçuyev olub. Gərgin keçən mübarizə tələbələrdən ibarət komandanın 3-2 hesablı qələbəsi ilə başa çatıb.

UNEC-də hər ay “Sağlam müəllim, sağlam tələbə” adlı futbol, voleybol, stolüstü tennis, şahmat və badminton yarışları təşkil ediləcək. Yarışlar “Müəllim – güc mənbəyidir” devizi altında keçirilir. Bu deviz altında keçirilən layihələrin məqsədi UNEC-in professor-müəllim heyətinin həm tədris, həm də ictimai-sosial sahədə aktivliyinin artırılması, müəllim peşəsinin aliliyinin təbliği, tələbələrlə müəllimlər arasında səmimi əlaqələrin yaradılmasıdır. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR