A

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələri arasında keçirilən XIII Respublika universiadası davam edir. Bu gün keçirilən sərbəst güləş üzrə yarışlarda UNEC-in güləşçi tələbələri güclərini sınayıblar.

Texnologiya və dizayn fakültəsinin II kurs tələbəsi Cəlal Nağıyev 70 kq. çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək, qalib gəlib. Rus İqtisadiyyat Məktəbinin II kurs tələbəsi İsa Orucov isə 85 kq. çəki dərəcəsində yarışaraq, III yerə yüksəlib.

İdmançılarımızı təbrik edirik!

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR