A

UNEC-də Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan fakültələrarası idman yarışları davam edir. Bu dəfə UNEC tələbələri öz bacarıqlarını şahmat çempionatında sınayıblar.

Gərgin keçən beyin yarışında xal hesabında ən yüksək nəticəni Rus İqtisadiyyat Məktəbinin  tələbələri nümayiş etdirərək, I yerə yüksəliblər.

Şahmat çempionatına hakimliyi “İqtisadçı” İdman klubunun məşqçisi, Beynəlxalq dərəcəli qrossmeyster Sərxan Quliyev edib.

UNEC-in “İqtisadçı” İdman klubuTələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar Komitəsinin  birgə təşkilatçılığı ilə keçirilən yarışların məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğidir.

Qalibləri təbrik edirik!

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR