A

UNEC-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən idman yarışları başa çatıb. Mart ayından start götürən yarışların əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğidir.

Fakültələr arasında keçirilən yarışlarda UNEC tələbələri badminton, voleybol, basketbol, stolüstü tennis, mini futbol, şahmat və dama idman növləri üzrə bacarıqlarını sınayıblar.

Badminton, mini futbol, stolüstü tennis və şahmat yarışlarında Rus İqtisadiyyat Məktəbinin tələbələri fərqlənərək, I yerə yüksəliblər. Basketbol və dama yarışlarında isə Maliyyə və mühasibat fakültəsinin tələbələri qalib gəliblər. Voleybol yarışlarının qalibi isə İqtisadiyyat fakültəsinin tələbələri olub.

Qaliblər kubok, diplom və medallarla təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay