A

Bu gün “UNEC Kuboku – 2017”nin növbəti oyunu keçiriləcək.

Bu dəfə A qrupunda “TÜDİFAK” komandası “UNEC Sport Club”la qarşılaşacaq. B qrupunda isə “UNEC Drivers” ilə “Finance-Accounting and SABAH” komandaları mübarizə aparacaq.

Yarış saat 21:00-da Azfar stadionu nda keçiriləcək.

Qeyd edək ki, “TÜDİFAK”da Türk Dünyası İşlətmə fakültəsi, “UNEC Sport Club”da“İqtisadçı” İdman Klubu, “UNEC Drivers”də UNEC sürücüləri, “Finance-Accounting and SABAH” komandasında isə Maliyyə və Mühasibat fakultəsi ilə SABAH Mərkəzinin əməkdaşları təmsil olunurlar.

UNEC azarkeşlərini komandalarımıza dəstək olmağa çağırırıq!

Komandalarımıza uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay