A

UNEC-də Müstəqilliyin bərpasının 26-cı ildönümünə həsr olunan stolüstü tennis turniri keçirilib.

UNEC-in İqtisadçı idman klubunun təşkilatçılığı ilə keçirilən tennis turnirinə tələbələr böyük maraqla qatılıb. İki gün davam edən turnir 

İqtisadiyyat fakültəsi tələbələrinin qələbəsi ilə yekunlaşıb. Fakültənin III kurs tələbəsi Sərvər Həsənov turnirin qalibi olub. İkinci yeri II kurs tələbəsi Fərhad Qasımov, III yeri isə I kurs tələbəsi Nərmin Abdullayeva qazanıb.

Turnirin məşqçisi UNEC-in İqtisadçı idman klubunun tennis üzrə baş məşqçisi Aygün İsmayılovadır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay