A

Oktyabrın 25-də “UNEC Kuboku-2017” futbol yarışının növbəti oyunları keçirilib.

Bu dəfə Azfar Stadionunda A qrupunda yer alan “TUDİFAK” komandası ilə “İqtisadçılar” komandası qarşı-qarşıya gəlib. Oyunun birinci hissəsində “İqtisadçılar” fəal oyun nümayiş etdirərək hesabda irəli çıxsalar da, ikinci hissədə “TÜDİFAK” komandası hesabı bərabərləşdirərək, 6-4 hesabı ilə rəqibi üstələyib. Lakin gənc “İqtisadçılar” oyunun bitməsinə yeddi dəqiqə qalmış bütün qüvvələrini toplayaraq rəqib qapısına hücum ediblər. Bu zaman oyunçular Ceyhun İsmayılov ilə Kamran Hüseynli xüsusi fərqlənib. Gərgin və maraqlı keçən oyun “İqtisadçılar”ın 7-6 hesablı qələbəsi ilə başa çatıb.

“İqtisadçılar” komandasının qollarına Ceyhun İsmayılov (3), Kamran Hüseynli (2), Emil Qədirov (1) və Rüfət Süleymanov (1) imza atıb. “TÜDİFAK”ın hesabındakı 6 qolu isə Aqil Məmmədov (2), Raqif Qasımov (2), Bayramlı Qədir (1) və Əbilxan İsayev (1) vurub.

Qalib komandamızı təbrik edirik!Turnir cədvəlində komandaların sıralaması aşağıdakı kimidir:

N A QRUPU O Q H M T-F X
1 UNEC United 3 3 0 0 33-10 9
2 UNEC Sport Club 2 1 1 0 8-7 4
3 İqtisadçılar 2 1 0 1 13-18 3
4 UNEC Beynəlxalq İqtisadiyyat FC 2 0 1 1 9-17 1
5 TÜDİFAK 3 0 0 3 8-19 0

*

N B QRUPU O Q H M T-F X
1 Finance-Accounting and SABAH 2 2 0 0 29-3 6
2 UNEC RESH 2 2 0 0 16-8 6
3 UNEC Security 1 0 0 1 6-8 0
4 UNEC Drivers 1 0 0 1 2-8 0
5 UNEC Business and Managment 2 0 0 2 3-29 0

*

“UNEC Kuboku-2017”nin bombardirləri:Nəsimi İsmayılov (UNEC United) - 15Hikmət Babayev (UNEC United) – 11Anar Eyyubov (UNEC RESH) – 11Gəray Musayev (Finance-Accounting and SABAH) – 10Aqil Əzizli (Finance-Accounting and SABAH ) - 9

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay