A

Oktyabrın 30-da futbol üzrə “UNEC Payız Kuboku-2017” yarışı çərçivəsində iki oyun keçirilib.

Azfar stadionunda keçirilən oyunlarda A qrupunda “İqtisadçılar” komandası ilə “UNEC Beynəlxalq İqtisadiyyat FC” komandası qarşılaşıb. Gənclərdən ibarət “İqtisadçılar” komandası rəqibə heç bir şans tanımadan 12-1 hesabı ilə qalib gəlib. Oyunda “qol məhsulunu” komandanın hücumçusu Ceyhun İsmayılov toplayıb. O, rəqib komandanın qapıçısını 10 dəfə “məyus” edib.

Bununla da Ceyhun İsmayılov öz adını “UNEC Payız Kuboku-2017”nin bombardirləri sırasına yazmağı bacarıb. İndi Ceyhun İsmayılov (16 qol) Nəsimi İsmayılovla birlikdə (15 qol) bombardirlər siyahısına liderlik edir.

“İqtisadçılar”ın iki qolunun müəllifi isə Ramil Cəfərov ilə Kamran Hüseynlidir.

“UNEC Beynəlxalq İqtisadiyyat FC” komandasında isə Kamal Dadaşov fərqlənib.

B qrupunda isə bu günə kimi keçirdikləri bütün oyunlarda qələbə qazanan “UNEC RESH” və “Finance-Accounting and SABAH” komandası üz-üzə gəlib. Gərgin keçən oyunda “Finance-Accounting and SABAH” komandası rəqibə macal verməyərək, onların qapısından beş top keçirməyi bacarıb. Qollardan üçünü Gəray Musayev vurub. Aqil Əzizov və Azər Qarayev isə rərəsi bir qola imza ata bilib. “UNEC RESH” komandasının yeganə qolunun müəllifi isə Anar Eyyubov olub.

Hesab aşağıdakı kimidir:

“UNEC RESH” – “Finance-Accounting and SABAH” 1-5

“UNEC Beynəlxalq İqtisadiyyat FC” – “İqtisadçılar” 1-12

Qalib komandalarımızı təbrik edirik:Turnir cədvəlində komandaların sıralaması aşağıdakı kimi olub:

N A QRUPU O Q H M T-F X
1 UNEC United 4 3 1 0 36-13 10
2 İqtisadçılar 3 2 0 1 25-19 6
3 UNEC Sport Club 3 1 2 0 11-10 5
4 UNEC Beynəlxalq İqtisadiyyat FC 3 0 1 2 10-29 1
5 TÜDİFAK 3 0 0 3 8-19 0

*

N B QRUPU O Q H M T-F X
1 Finance-Accounting and SABAH 3 3 0 0 34-4 9
2 UNEC RESH 3 2 0 1 17-13 6
3 UNEC Security 1 0 0 1 6-8 0
4 UNEC Drivers 1 0 0 1 2-8 0
5 UNEC Business and Managment 2 0 0 2 3-29 0

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay