A

“UNEC Kuboku-2017” uğrunda mübarizə davam edir.

Noyabrın 6-da payız kuboku uğrunda A qrupunda bir oyunun keçirilməsi nəzərdə tutulurdu. Belə ki, “TÜDİFAK” komandası “UNEC Beynəlxalq İqtisadiyyat FC” komandası ilə qarşılaşmalı idi. Lakin “UNEC Beynəlxalq İqtisadiyyat FC” komandası oyuna tam heyətlə çıxmadıqlarından yarışın qaydalarına görə onlara 3-0 hesablı texniki məğlubiyyət verilib.B qrupunda isə “UNEC Drivers” komandası “UNEC Security” komandası ilə üz-üzə gəlib. Mühafizəçilər bu oyunda daha çox əzmkarlıq nümayiş etdirərək, 3-2 hesabı ilə sürücülərə qalib gəliblər. “UNEC Security” komandasında Fərid Həsənov 2 dəfə və Rüfət Babayev isə 1 dəfə fərqlənib. Sürücülərin komandasında isə qolların müəllifi Seymur Əliyev olub.Turnir cədvəlində komandaların sıralaması aşağıdakı kimi olub:

N A QRUPU O Q H M T-F X
1 UNEC United 4 3 1 0 36-13 10
2 İqtisadçılar 3 2 0 1 25-19 6
3 UNEC Sport Club 3 1 2 0 11-10 5
4 TÜDİFAK 4 1 0 3 8-19 3
5 UNEC Beynəlxalq İqtisadiyyat FC 4 0 1 3 10-29 1

*

N B QRUPU O Q H M T-F X
1 Finance-Accounting and SABAH 3 3 0 0 34-4 9
2 UNEC RESH 4 2 0 2 22-19 6
3 UNEC Security 3 2 0 1 19-12 6
4 UNEC Drivers 3 1 0 2 8-16 3
5 UNEC Business and Managment 3 0 0 3 5-39 0

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay