A

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Respublika universiadasının final mərhələsi olub.

Respublikanın 10 ali təhsil müəssisəsi arasında təşkil olunan yarışda UNEC komandası da təmsil olunub. Universiadada UNEC-in (oğlanlardan və qızlardan ibarət) badminton komandası II yerə layiq görülüb.

UNEC idmançıları “Badminton” üzrə Azərbaycan çempionatında da iştirak ediblər. UNEC-in İdman klubunun məşqçi-müəllimi Kənan Rzayev qoşa yarışlarda II, şəxsi yarışlarda isə III yerə layiq görülüb.

Tələbələr arasında keçirilən oyunlarda Əmtəəşünaslıq fakültəsinin II kurs tələbəsi AnnaJeleznyakqoşa yarışlar üzrə III yerin sahibi olub.

Komandamızı və qalibləri təbrik edirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay