A

Futbol üzrə “UNEC Payız Kuboku-2017” yarışının ilk final mərhələsi keçirilib.

Azfar stadionunda “Finance-Accounting and SABAH” komandası “İqtisadçılar” komandası ilə üz-üzə gəlib. İlk hissə 0-0 hesabı ilə başa çatıb. Oyunun bitməsinə 5 dəqiqə qalmış rəqiblərinə qarşı müxtəlif uğurlu taktikaları ilə yadda qalan maliyyəçilərin kapitanı Gəray Musayev bu dəfə də komandasının işində dönüş yaradıb. Belə ki, Aqil Əzizov və Murad Ələkbərlinin qolları sayəsində 2-0 hesabı ilə “Finance-Accounting and SABAH” komandası adını ilk finalçı sırasına yazıb. Beləcə, komanda “məğlubedilməzlik” seriyasını davam etdirməkdədir.

Digər yarımfinal oyunu noyabr 30-da “UNEC United” və “UNEC Security” komandaları arasında keçiriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay