A

Futbol üzrə “UNEC Payız Kuboku-2017” yarışının ikinci yarım final oyunu keçirilib.

Azfar  Stadionunda keçirilən oyunda “UNEC United” komandası “UNEC Security” komandası ilə qarşılaşıb. Bu oyuna qədər iki əsas oyunçusundan məhrum olan “UNEC United” komandası üçün çətin keçəcəyi gözlənilən oyunun ilk hissəsi 0-0 hesabı ilə başa çatdıb. Lakin ikinci hissədə “UNEC United” özünü toplayaraq mühafizəçilərin qapısına üç dəfə yol tapıb. Nəsimi İsmayılov (1) və İbrahim Babayev (2) vurduğu qollar komandanı finala yüksəldib.

“UNEC Payız Kuboku – 2017”nin finalında “Finance-Accounting and SABAH” komandası və “UNEC United” komandası görüşəcək. “UNEC Security” və “İqtisadçılar” komandası isə təsəlliverici III yer uğrunda mübarizə aparacaqlar.

Final qarşılaşmasının vaxtı barədə əlavə məlumat veriləcək.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay