A

UNEC-də 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi Gününə həsr olunan fakültələrarası idman yarışlarına start veriib.

Yarışlar voleybol, badminton, basketbol, stolüstü tennis, şahmat, dama, cüdo, yunan-roma güləşi və sərbəst güləş idman növləri üzrə təşkil olunacaq.

İlk yarışlar voleybol üzrə keçirilib. Yarışda Maliyyə və Muhasibat, İqtisadiyyat, Texnologiya və Dizayn, Əmtəəşünaslıq, Rus İqtisad Məktəbi, Türk Dünyası İşlətmə Fakültələrinin komandaları iştirak edib.

Gərgin keçən mübarizədə Maliyyə və mühasibat komandası Türk Dünyası İşlətmə fakültəsinin komandası yarışıb. Türk Dünyası İşlətmə fakültəsinin komandası maliyyəçilərə 2:0 hesabı ilə qalib gəlib. Texnologiya və dizayn fakültəsinin tələbələri isə Rus İqtisad Məktəbi ilə mübarizə aparıb. Qalib 2:0 hesabı ilə Rus İqtisad Məktəbi olub. İqtisadiyyat və Əmtəəşünaslıq fakültələrinin qarşılaşması isə 2:1 hesabı ilə iqtisadçıların xeyrinə bitib.

Qeyd edək ki, voleybol yarışlarına UNEC–in 

“İdman klubu”nun

 baş məşqçisi Vahid Yolçuyev rəhbərlik edib.

Qalib komandalarımızı təbrik edirik! 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay