A

 Voleybol üzrə Azərbaycan çempionatının 2017-2018-ci il mövsümünün Birinci Liqa yarışları davam edir.

UNEC-in voleybol komandaları qalib olmaq üçün uğurla mübarizə aparırlar. UNEC-in oğlanlardan ibarət “İqtisadçı” komandası bu dəfə Azərbaycan Tibb Universitetinin (ATU) komandası ilə qarşılaşıb. Gərgin keçən yarışlarda iqtisadçı gənclər ATU-nu 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Qızlardan ibarət “İqtisadçı”  komandası da yarışları qələbə ilə başa vurur. Belə ki, bu yarışda “İqtisadçı” qızlar  “Şərq” komandasının voleybolçularını 3:0 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, kişilərdən ibarət voleybol komandasının məşqçiləri Sergey Titovets  və Etibar Qasımov, qadınlardan ibarət komandanın məşqçiləri isə Siyavuş Axundov, Qəzənfər Cəfərov və Vahid Yolçuyevdir.

Komandalarımızı təbrik edir, uğurlar arzulayırıq! 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay