A

2017/2018 mövsümü üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin komandaları arasında badminton turniri davam edir.

Birincilik uğrunda keçirilən görüşdə UNEC-lə Bakı Slavyan Universitetinin komandası qarşılaşıb. Gərgin keçən yarış UNEC komandasının qələbəsi ilə başa çatıb. UNEC BSU-nu 4:1 hesabı ilə məğlub edib.

UNEC komandasının məşqçisi “İqtisadçı” idman klubunun müəllimi Kənan Rzayevdir.

Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışa 2018-ci ilin aprelində yekun vurulacaq. Turnirdə ölkənin aparıcı universitetlərinin tələbələrindən ibarət 8 komanda çempionluq uğrunda mübarizə aparır. Ümumi mükafat fondu 6000 manat olan yarışın qalibi, 29 may – 3 iyun tarixlərində Polşada keçiriləcək “2018 European Club Champions” turnirində Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR