A

UNEC-də ümummilli lider Heydər Əliyevin 95-ci ildönümünə həsr edilən idman yarışları keçirilib.

İdmanın badminton, voleybol, stolüstü tennis idman növləri üzrə keçirilən fakültələrarası yarışlar “İqtisadçı" idman klubu ilə Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

Badminton üzrə oğlanlar arasında keçirilən fərdi yarışlarda Texnologiya və dizayn fakültəsinin tələbəsi Mehdi Zeynalov qalib olub. II yeri Rus İqtisad Məktəbinin (RİM) tələbəsi Məhərrəm Məhərrəmov, III yeri isə Türk Dünyası İşlətmə fakültəsinin (TUDİFAK) tələbəsi Mehran Kərbitəlai qazanıb.

Qızlar arasında badminton yarışında isə Əmtəəşünaslıq fakültəsi qalib olub. Belə ki, fakültənin tələbəsi Anna Jeleznyak I yerin, RİM-in tələbəsi Aneliya Balabəyova II, İqtisadiyyat fakültəsinin tələbəsi Cəmilə Əlizadə III yerin sahibi olub.

Badminton üzrə qarışıq qoşa yarışların qalibi isə RİM olub (Aneliya Balabəyova). II yeri Əmtəəşünaslıq (Elvin Quliyev, Anna Jeleznyak), III yeri (Kərbitəlai Mehra,  Əlizadə Cəmilə) TUDİFAK komandası qazanıb.

Gərgin və maraqlı keçən basketbol yarışlarında Maliyyə və mühasibat fakültəsinin komandası qələbə qazanıb. II yerdə Biznes və menecment, III yerdə isə Texnologiya və dizayn fakültəsinin komandası qərarlaşıb.

Voleybol yarışlarının qalib komandası RİM-i olub. İqtisadiyyat fakültəsinin komandası II yeri, Texnologiya və dizayn fakültəsi isə III yeri qazanıb.

Stolüstü tennis yarışı oğlan və qızlar arasında keçirilib. Oğlanlar arasındakı yarışda Texnologiya və dizayn fakültəsinin tələbəsi Amil Məmmədov qalib adını qazanıb. II yerə RİM-in tələbəsi İntizam Hümbətov, III yerə İqtisadiyyat fakültəsinin tələbəsi Fərhad Qasımov layiq görülüb.

Qızlar arasındakı yarışda isə Anna Jeleznyak Əmtəəşünaslıq fakültəsinin adını bir daha qaliblər sırasına daxil edib. Fakültənin digər tələbəsi Əminə Tahirli isə II yeri qazanıb. III yerin sahibi İqtisadiyyat fakültəsinin tələbəsi Nərmin Abdullazadə olub.

Qaliblərimizi təbrik edirik, onlara yeni-yeni uğurlar arzulayırıq! 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR