A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan tələbələrarası futbol çempionatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə UNEC “İqtisadçı” İdman klubunun rəhbəri Mahmud Mustafayev, THİK-nin sədri Rüfət Süleymanlı, Mərkəzi Ordu İdman klubunun kapitanı Orxan Həsənov və məşqçi-müəllim Siyavuş Axundov qalib komandaların təmsilçilərini təbrik edərək, onlara dərslərində uğurlar arzulayıb, universitetin sosial-ictimai həyatında daim fəal olmağı tövsiyə ediblər.

Futbol çempionatında I yerə UNEC Biznes Məktəbinin magistrlərinin təmsil olunduğu “MBA UNİTED”, II yerə Rus İqtisad Məktəbinin “All İnclusive”, III yerə isə İqtisadiyyat fakültəsinin “Legends” komandası layiq görülüb.

Qalib komandanın üzvlərinə  kubok, diplom və medallar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay