A

UNEC-də badminton üzrə Bakı birinciliyi keçirilib.

Azərbaycan Badminton Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışlarda UNEC-in tələbəsi də təmsil olunub.

UNEC-in Əmtəəşünaslıq fakültəsinin II kurs tələbəsi Anna Jeleznyak qızlar arasında qarışıq qoşa və qoşa yarışlarda 3-cü yerləri qazanıb.

Badminton yarışlarına UNEC-in “İqtisadçı” idman klubunun müəllimi Kənan Rzayev də qatılıb. K.Rzayev oğlanlar arasında qoşa yarışlarda 3-cü yerə layiq görülüb.

Qalibləri təbrik edirik!

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR