A

UNEC-in Ekspertiza və standartlaşdırma fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Ulduz Paintball Club”da peyntbol hərbi-idman növü üzrə yarış keçirilib.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planında əksini tapan hərbi-idman oyunlarının keçirilməsi və kütləviliyinin artırılması tələbə gənclərdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edir.

Tələbələrin böyük marağına səbəb olan və 60 nəfərin iştirakı ilə keçirilən tədbirdə müəllim və tələbələrdən ibarət dörd komanda yarışıb. Yarışda iştirakçılar müxtəlif şəraitə uyğunlaşma, atıcılıq məharəti, komanda şəklində müdafiə olunma və hücum etmə və digər bacarıqlarını nümayiş etdiriblər. Sonda 15 xalla birinci yeri qazanan “Avengers” komandası sertifikatlarla təltif olundu.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay